HÜQUQ BİR GÜN HƏR KƏSƏ LAZIM OLUR!

Əqli mülkiyyət hüququ necə təmin olunmalıdır?

Əqli mülkiyyət hüququ necə təmin olunmalıdır?

2022-04-20 14:28:00

Əqli mülkiyyət hüququ ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları, müəlliflik hüququ olan əsərlər, ifalar, fonoqramlar, yayım təşkilatlarının verilişləri, inteqral sxem topologiyaları, məlumat topluları, folklor nümunələri üzərindəki hüquqlardır. Azərbaycanda kifayət qədər yaradıcı insan olsa da, təəssüf ki, onlar əksər hallarda yaratdıqları əqli mülkiyyəti özününküləşdirmək üçün hüquqi zəruri olan addımları artmırlar. Bu sahədə də peşəkar hüquq şirkəti olaraq siz bizim professional hüquqşünaslarımızın xidmətindən yararlana bilərsiniz. Hüquqşünaslarımız sizə əqli mülkiyyət hüquqlarının müdafiəsində, sertifikatlaşdırma və patent üzrə yazışmaların aparılmasında, ticarət markalarının hüquqi müdafiəsində, reputasiya və işgüzar nüfuzun müdafiəsində, müəllifliklə əlaqəli hüquqlarla bağlı patentin qeydiyyata alınması və hüquqi müdafiə tədbirlərində, əmtəə nişanına, faydalı modelə, ixtiraya, sənaye nümunəsinə patent alınması ilə bağlı hüquqi dəstək göstərə bilərlər. Əqli mülkiyyət hüququyla bağlı xidmət haqqı 200 azn-dən başlayır.